Fevralın 28-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşeron ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.
İclasda, həmçinin “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.