logo

AÇG üzrə bonusun 450 milyon dollarlıq ikinci hissəsi ARDNF-ə ödənilib

18:32 28-02-2019 | icon 3206
AÇG üzrə bonusun 450 milyon dollarlıq ikinci hissəsi ARDNF-ə ödənilib

Yanvarda “Azəri-Çıraq-Günəşli” üzrə yeni saziş çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 450 milyon dollarlıq ikinci bonus ödənişi həyata keçirilib.

YeniAvropa xəbər verir  ki, bu haqda Fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

“ARDNF-in 2018-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində qəbul edilib. Lakin il ərzində neftin dünya bazarında satış qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması ilə əlaqədar Dövlət Neft Fondunun neft və qaz gəlirləri büdcədə nəzərdə tutulana nisbətən çox olub. Ötən il ərzində ARDNF-in mənfəət nefti və qazın satışı ilə bağlı gəlirləri təxminən 9,8 milyard dollar təşkil edib. Bundan başqa “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il 14 sentyabr tarixli Sazişə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin ilk hissəsinə aid 450 milyon dollar vəsait 2018-ci ildə ARDNF-ə daxil olub. Bonusun ikinci hissəsi - 450 milyon dollar cari ilin yanvarında ödənilib”, - deyə icraçı direktoru bildirib.