logo

Dövlət Neft Fondundakı qızılın miqdarı 51 tona çatır

17:08 28-02-2019 | icon 3227
Dövlət Neft Fondundakı qızılın miqdarı 51 tona çatır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın miqdarı 51 tona çatır.

YeniAvropa xəbər verir  ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov qeyd edib ki, Dövlət Neft Fondunun investisiya portfelində 2017-ci ilin sonuna qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) təşkil edib. Ötən il isə əlavə olaraq dəyəri 816,96 milyon dollar təşkil edən 20 ton 778,4 kiloqram (668 040,7 troya unsiyası) qızıl alınıb. Nəticədə ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram (1 638 186,3 troya unsiyası) və yaxud 2 milyard 93,09 milyon dollar təşkil edib.