logo

Neft Fondu bir sıra ölkələrin daşınmaz əmlakına investisiya yatıracaq

16:31 28-02-2019 | icon 3248
Neft Fondu bir sıra ölkələrin daşınmaz əmlakına investisiya yatıracaq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə investisiya yatıracaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

İcraçı direktor qeyd edib ki, Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyinin əsas komponentləri üzrə əldə olunmuş rəqəmlərə əsasən 2018-ci ildə də son illərdə adıçəkilən portfel üzrə müşahidə edilən müsbət gəlirlilik trendi davam edərək ötən il üzrə bu göstərici 9,9 faiz olub”.

“Daşınmaz əmlak bazarının ümumi vəziyyəti və bazarda cərəyan edən trendlər nəzərə alınaraq hər ilin sonunda ARDNF-in daşınmaz əmlaka investisiyaları ilə bağlı strategiyası yenilənərək təsdiqlənir. 2019-cu il üzrə olan müvafiq strategiyaya əsasən Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birbaşa, müştərək və yaxud daşınmaz əmlak fondları vasitəsilə investisiyalar nəzərdə tutulur”, - deyə Ş.Mövsümov əlavə edib.