logo

Azərbaycan Daşkənddəki “Tikinti-UzBulid” sərgisində iştirak edir

16:10 28-02-2019 | icon 3227
Azərbaycan Daşkənddəki “Tikinti-UzBulid” sərgisində iştirak edir

Daşkənddə keçirilən “Tikinti-UzBulid” beynəlxalq sərgisində Azərbaycan da iştirak edir.

YeniAvropa xəbər verir  ki, 22 ölkənin təmsil olunduğu sərgidə ölkəmizi “SOBSAN NGM” Azərbaycan-Özbəkistan Birgə Müəssisəsi təmsil edir. Sərgidə müəssisənin istehsal etdiyi müxtəlif boya məhsulları, laklar, universal rəng pastası və digər məhsullar nümayiş etdirilir.

Müəssisənin rəhbəri Nazim Musazadə bildirib ki, müəssisənin stendinə maraq böyükdür: “Özbəkistanın və bir sıra digər dövlətlərin tikinti şirkətlərinin nümayəndələri bizimlə əməkdaşlıq etmək istəyir. Bir neçə şirkətlə danışıqlar aparmışıq. Əminəm ki, əməkdaşlığımız öz bəhrəsini verəcək”.