Çin şirkətləri Xəzərdən fiber-optik kabel magistralının tikintisinə cəlb oluna bilər
Çinin “Huawei” və “China Telekom” şirkətləri Xəzərin dibi ilə Azərbaycandan müxtəlif istiqamətlərdə fiber-optik kabel magistralının tikintisinə cəlb oluna bilər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YeniAvropa-yə bildirilib ki, nazir Ramin Quluzadə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasında iştirak etmək məqsədilə Çinin paytaxtı Pekində səfərdədir. Səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə birgə “Huawei” şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüş çərçivəsində “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib, şirkətin Azərbaycanda mövcud fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, şirkətin Xəzər dənizinin dibi ilə ölkəmizdən Qazaxıstan və Türkmənistan istiqamətlərində fiber-optik kabel magistralının tikintisində mümkün iştirakı da müzakirə edilib. Gələcəkdə magistral vasitəsilə Türkmənistan üzərindən Əfqanıstanın da internetə çıxışı təmin edilə bilər.
Səfər çərçivəsində Ramin Quluzadə “China Telecom” şirkətinin rəhbəri Yanq Jie ilə də görüşüb. Görüş zamanı sözügedən şirkətlə beynəlxalq telekommunikasiya sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin qısa müddət ərzində icrası istiqamətində mümkün addımların atılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı layihə çərçivəsində Qazaxıstan istiqamətində Xəzəraltı fiber-optik kabel magistralının çəkilməsinin texniki həlli yolları, layihə üzrə iqtisadi əsaslandırmanın hazırlanması, o cümlədən Çin tərəfinin bu magistraldan gələcək istifadəsi üzrə tələbatların öyrənilməsinə dair məsələlər müzakirə edilib. Eyni zamanda, şirkətin Azərbaycanla Türkmənistan arasında da dənizaltı fiber-optik kabel magistralının tikintisi ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Bu sahədə daha detallı texniki və iqtisadi məsləhətləşmələrin aparılması məqsədilə “Huawei” və “China Telekom” şirkətlərinin rəhbərliyi Azərbaycana dəvət olunub.
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası bu gün keçiriləcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb