Hazırda həbsdə olan bloqer Mehman Hüseynovun azadlığa çıxacağı vaxt bəlli olub.
YeniAvropa xəbər verir ki, bu barədə Konstitusiya Araşdırmalar Fondunun prezidenti, prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, Mehman Hüseynov martın 2-də azad olunacaq: "Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.
Əliməmməd Nuriyev onu da bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: "Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o, azadlığa çıxacaq".