logo

Azərbaycan-Belarus  ticarət dövriyyəsi 3 dəfəyədək artıb

19:10 27-02-2019 | icon 3206
Azərbaycan-Belarus  ticarət dövriyyəsi 3 dəfəyədək artıb

İkitərəfli səylər nəticəsində Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb və onun həcmi təxminən yarım milyard dollar təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

G.Axramoviç bildirib ki, ötən il Belarus ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə yadda qaldı. 2018-ci il hər iki ölkə üçün çox uğurlu il olub, müxtəlif səviyyələrdə onlarla yüksək səviyyəli səfərlər, yüzlərlə işgüzar görüşlər və tədbirlər keçirilib, mühüm müqavilələr hazırlanıb, gələcək tədbirlər üçün prioritetlər müəyyən edilib.

“Cari ildə Belarus və Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi üçün yeni hədəflər müəyyən edilib, onların reallaşdırılması üçün bir sıra konkret layihələr seçilib. Bu il əldə edilmiş razılaşmalar çərçivəsində ikitərəfli münasibətlər üzrə bütün sahələrində daha sıx və aktiv əməkdaşlıq gözləyirik”, - deyə səfir qeyd edib.