Fevralın 25-də Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yanan bina- "Qoşa Park" yaşayış kompleksi ilə bağlı bəzi detallar aydınlaşıb. YeniAvropa xəbər verir ki, bu barədə "Unikal.az" məlumat yayıb. Araşdırmalar zamanı binanın "Gilan Holdinq"in balansında olduğu üzı çıxıb. "Gilan Holdinq"in isə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova məxsus olduğu artıq heç kimə sirr deyil.
"Qeyd edək ki, 2006-ci ildə tikintisinə başlanılan yaşayış kompleksi 2014-cü ildə təhvil verilib. Bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, binanın tikintisinin bu qədər müddət uzanması da problemin kökünün xeyli əvvələ getdiyini göstərir:Sözügedən yaşayış kompleksinin tikintisi başa çatandan sonra həmin binanın keyfiyyətsiz olduğu üzə çıxıb. Məhz, bu səbəbdən də binadan mənzil almaq istəyənlərin sayı olduqca az olub. "Gilan Holdinq" rəhbərliyi binadakı mənzillərin satılması üçün səmərəli yol tapıblar. Heç kimə sir deyil ki, Kəmaləddin Heydərovun Bakıda və regionlarda hotelər şəbəkələrinin tikdirilməsinə himayədarlıq edib. Onlardan biri də "Kempinski Hotel-Badamdar"dır. Lakin "Kempinski Hotel-Badamdar"ın tikilməmişdən öncə həmin ərazidə məcburi köçkünlər məskunlaşmışdı. Hotelin tikintisi zamanı orada yaşayan məcburi köçkünləri başqa yerə köçürməli olublar. Bu zaman K.Heydərov “Qaçqınkom”un sabiq sədri Əli Həsənovla sövdələşirlər. Belə ki, K.Heydərov Əli Həsənovla anlaşaraq orada məskunlaşan köçkünləri "Qoşa Park" yaşayış kompleksinə köçürüblər. Təbii ki, bunun müqabilində “Qaçqınkom” "Gilan Holdinq"ə mənzillərin pulunu köçürüb.Yəni, Əli Həsənovla Kəmaləddin Heydərov anlaşmaqla dövlətin vəsaiti ilə öz maraqlarını təmin ediblər”.(Unikal.az)