logo

Pekində Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

17:49 20-01-2018 | icon 1981
Pekində Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan xalqının azadlıq mübarizəsində xüsusi yeri olan 20 Yanvar hadisələrinin növbəti ildönümü ilə əlaqədar ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində mərasim keçirilib.YeniAvropa xəbər verir  ki, bu ölkədə yaşayan azərbaycanlı iş adamlarının və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qanlı Yanvar hadisəsinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olduğunu bildirən səfir Əkrəm Zeynallı 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və ölkəmizin azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. Bildirib ki, keçmiş Sovet İttifaqı rəhbərliyinin xalqımızın azadlıq mübarizəsini boğmaq üçün Bakıya yeritdiyi xüsusi təlim keçmiş qoşun növləri misli görünməmiş cinayət əməlləri törədib.

Qeyd olunub ki, Vətəninin azadlığını hər şeydən uca tutan qəhrəman Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmaqla yanaşı, xalqımızın qəhrəmanlıq səhifəsində xüsusi yer tutdular.

Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunub.