Quba rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları müxtəlif vaxtlarda Quba və ətraf rayonlarda oğurluq və dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Ramiz Sabirovu saxlayıb.
YeniAvropa xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, R.Sabirov dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.
R.Sabirovun ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub. Onun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır.