logo

Azərbaycan müşahidə missiyası: Moldovada parlament seçkiləri qanunvericiliyə uyğun keçirilir

19:35 24-02-2019 | icon 2814
Azərbaycan müşahidə missiyası: Moldovada parlament seçkiləri qanunvericiliyə uyğun keçirilir

Moldovada parlament seçkiləri zamanı müşahidə apardığımız məntəqələrdə qanun pozuntusu qeydə alınmayıb. Səsvermə prosesi seçki qanunvericiliyinə uyğun keçirilir.

YeniAvropa xəbər verir  ki, bu fikirləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov söyləyib. Onun sözlərinə görə, Kişineuda müşahidə apardığı məntəqələrdən hər hansı şikayət daxil olmayıb. Günün sonuna qədər daha bir neçə məntəqədə səsvermə prosesi müşahidə olunacaq. “Səsvermə başa çatdıqdan sonra bir neçə məntəqədə bülletenlərin sayılmasını da müşahidə edəcəyik”, - deyə M.Rəhimov bildirib.

Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərini MSK sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti və Milli Məclisin üzvü Sabir Hacıyev müşahidə edir.

Seçkiləri ümumilikdə 4 mindən çox yerli və xarici müşahidəçi izləyir. 2141 seçki məntəqəsində səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.

Moldova sakinləri 101 deputatı seçmək üçün səs verir.