Komaya düşən jurnalist, "Mediapress" informasiya agentliyinin baş redaktoru Natiq Qocaman bu gün dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Qeyd edilib ki, mərhum bu gün dəfn olunacaq.
Xatırladaq ki, N.Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanada o, beyin əməliyyatı keçirib. Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı. Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə prezidentinə müraciət edib. Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısına bu haqda məruzə edildiyini və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini vermişdi.
Qeyd edək ki,Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!