logo

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

13:24 20-01-2018 | icon 2100
Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.