Bakıda piyadanı vuraraq qaçan sürücü - Rəsul Atayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
YeniAvropa xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinəgöndərilib. Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən il noyabrın 22-də saat 6 radələrində Rəsul Atayev banka məxsus avtomobillə Nərimanov rayonunun Ziya Bünyadov prospektində yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. R.Atayev isə avtomobili sürərək ərazidən uzaqlaşıb.
Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsünün Gəncə şəhər sakini R.Atayev olması müəyyən edilərək saxlanılıb.
Xatırladaq ki, hadisə baş verən dövrdə R.Atayev banklardan birində çalışırdı.