logo

Pekində Azərbaycan-Çin hökumətlərarası komissiyanın iclası keçiriləcək

16:11 22-02-2019 | icon 3010
Pekində Azərbaycan-Çin hökumətlərarası komissiyanın iclası keçiriləcək

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti fevralın 25-dən martın 1-dək Çin Xalq Respublikasında səfərdə olacaq.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisiyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində, həmçinin rəsmi şəxslər və aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək.