logo

Bakı dünyanın ən maraqlı paytaxt şəhərləri sırasında...

14:47 22-02-2019 | icon 3031
Bakı dünyanın ən maraqlı paytaxt şəhərləri sırasında...

Litvanın www.15min.lt  portalında dünyanın ən maraqlı paytaxt şəhərləri haqqında məlumat yerləşdirilib.

 YeniAvropa xəbər verir ki, portalda paytaxt Bakı dünyanın dəniz səviyyəsindən aşağıda yerləşən tək və unikal şəhəri olaraq qeyd olunub.

Məlumatda vurğulanır ki, Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Xəzərin “dəniz səviyyəsindən aşağı dəniz” adlandırıldığı məqalədə onun əslində göl olması da diqqətə çatdırılır. Burada Azərbaycanın ən yüksək nöqtəsi - Bazardüzü zirvəsi barədə də qısa məlumat verilib.

Məlumat üçün bildirək ki, dünyanın ən hündür paytaxtı Boliviyanın La-Paz şəhəridir. O, dəniz səviyyəsindən 3,64 km hündürlükdə yerləşir.