DSX-nın Yevlaxdakı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Fevralın 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.
Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Vətənin, dövlətin mənafeyi naminə qanından və canından keçməyə həmişə hazır olan, bunu xidməti-döyüş fəaliyyəti ilə dəfələrlə nümayiş etdirən Azərbaycan sərhədçisinin Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olmasını, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm verilməsi, ali diqqət və qayğı göstərilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrinin hər bir Azərbaycan sərhədçisinə etibar və etimadın növbəti ifadəsi olması, şəxsi heyətə böyük qürur hissləri yaşatması qeyd olunub, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işlərinin tam yekunlaşdırılacağı bildirilib.
Hazırda dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqətinin, döyüş ruhunun, vətənpərvərliyinin, düşmənə nifrətinin hədsiz və hüdudsuz olması xüsusi vurğulanıb.
2016-cı ilin aprelində əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsinə, düşmən üzərində qələbənin əldə olunmasına Azərbaycan sərhədçisinin ciddi töhfə verməsi qeyd olunub.
Ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, düşmən üzərində son qələbənin əldə olunmasında Azərbaycan sərhədçisinin də böyük şərəflə iştirak edəcəyinə və azad ediləcək dövlət sərhədlərində dövlət bayrağımızın dalğalanacağına əminlik ifadə olunub.
Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərə gələcək xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələrə nail olmaları arzulanıb.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaları barədə məsləhət və nəsihətlərini çatdırıblar.
Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirib, oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik edib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb