Aparılan təmir-tikinti işləri ilə əlaqədar Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu rayon İcra Hakimiyyətinə doğru olan istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin ediləcək.