14 əcnəbi saxta sənədlərlə Azərbaycanın dövlət sərhədini keçmək istədi
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirlər uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa -ya bildiriblər ki, son günlərdə 14 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb.
Belə ki, yanvarın 31-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Muzaffar Radjabovun və 1993-cü il təvəllüdlü Mukhira Abdurasulovanın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdırma əlamətləri aşkarlanıb. Ətraflı yoxlama zamanı şübhələr təsdiqini tapıb.
Fevralın 2-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağdad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveç pasportunun saxta olması aşkarlanıb. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkarlanıb.
Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Doha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Xanın təqdim etdiyi AB4004112 nömrəli pasportun 1988-ci il təvəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyənləşdirilib. Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqəsi aşkarlanıb.
Fevralın 4-də “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunub.
Bundan iki gün sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəllüdlü Bibigül Şoevanın pasportunda saxtalaşdırma əlamətləri aşkar edilib.
Fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il təvəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.
Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1988-ci il təvəllüdlü Sheikh Muhammad Avvaisin təqdim etdiyi İtaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu aşkarlanıb.
Fevral 10-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1978-ci il təvəllüdlü Murodova Dilovarın sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırması müəyyənləşdirilib.
Fevralın 13-də “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Boynazarov Ozodun pasportunun saxtalaşdırılması aşkarlanıb.
Fevralın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Salem Waqas və 1997-ci il təvəllüdlü Khadim Saadın sərhəd nəzarətinə təqdim etdikləri pasportlara vurulmuş Danimarkaya məxsus Şengen vizasının tam saxta olması müəyyənləşdirilib.
Fevralın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul-Vankuver reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Akaşdeep Sinqhin pasportuna vurulmuş Kanadaya məxsus vizanın tam saxta olduğu aşkarlanıb.
Fevralın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçub gedən Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Durmaz Remzinin sərhəd nəzarətinə təqdim etdiyi Bolqarıstana məxsus pasportun saxta olmasına şübhə yaranıb və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb