20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulluğunda 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirilib. YeniAvropa xəbər verir ki, mərasimdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanın siyasi tarixinə azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə kimi daxil olan 20 Yanvar faciəsi heç zaman unudulmayacaq. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsindən, SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı divan tutuldu.
Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 mülki şəxsi amansızcasına qətlə yetirdi, 744 nəfər günahsız insan yaralandı, 841 nəfər qanunsuz həbs edildi.
Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı baş konsulluq tərəfindən hazırlanmış şəkillərdən ibarət fotostendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal, filmlər və qəzetlərlə tanış olublar. Hadisələrə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu qəzetlər və vərəqələr, ingilis və fars dillərində broşürlər, Azərbaycan tarixinə dair kitab və jurnallar mərasim iştirakçılarına paylanılıb.
Sonra ehsan süfrəsi açılıb.
Mərasimdə İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Şərqi Azərbaycan Valiliyinin siyasi, seçki və ərazi bölgüsü məsələləri ofisinin rəhbəri Rza Ustad Rəhimi, Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, Türkiyənin Təbrizdəki baş konsulu Çağlar Fahri Çakıralp və baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb