logo

Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri dünyada çox deyil

19:06 20-02-2019 | icon 3444
Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri dünyada çox deyil

Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri dünyada çox deyil.

YeniAvropa xəbər verir ki, bu sözləri Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında deyib.

G.Ottinger qeyd edib ki, Cənub Qaz Dəhlizi təkcə Avropanın enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etmir: “O, həm də dəhliz boyunca yerləşən ölkələrdə və onların hüdudlarından kənarda dinamik proseslərə start verib. Söhbət təkcə qazdan deyil, daha çox məsələlərdən - qonşuluq və tərəfdaşlıqdan gedir”.

“Bugünkü uğur həm də layihədə iştirak edən, onun tikintisinə maliyyə vəsaiti ayıran şirkətlərin, eləcə də maliyyə institutları - Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və başqalarının peşəkarlığı sayəsində mümkün olub. Biz tezliklə deyə biləcəyik ki, 3500 kilometr uzunluğunda kəmər rekord zaman kəsiyində, müxtəlif ölkələrdən keçməklə və smetada nəzərdə tutulandan az vəsait sərf olunmaqla tikilib. Bu cür iddialı infrastruktur layihələri çox deyil. Bu, tarixi layihədir”, - deyə avrokomissar bildirib.