Cari ilin yanvar ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 97,7 milyon ABŞ dolları təşkiol edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Mili Statistika Xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, yanvar ayında Gürcüstan Azərbaycana 34,5 milyon dollarlıq məhsul ixrac edib. Ötən ay Azərbaycandan bu ölkəyə isə 63,2 milyon dollarlıq məhsul göndərilib.