logo

Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş edib

13:49 20-02-2019 | icon 2863
Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş edib

Bakı-İstanbul reysini həyata keçirən “Buta Airways” aviaşirkətinin təyyarəsi dumanlı hava şəraiti ilə əlaqədar Ankara aeroportuna məcburi eniş edib.

“Buta Airways” aviaşirkətindən YeniAvropa-ya bildirilib ki, İstanbulun Sabiha Gökçən hava limanına uçuş edən “Buta Airways”in “J2 9103” nömrəli aviareysində hava gəmisinin kapitanı dumanlı hava şəraiti səbəbindən Ankaranın Esenboğa hava limanına məcburi eniş etmək qərarına gəlib. Təyyarə Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Ankaradan İstanbula yola düşəcək.