logo

BNA-da 20 Yanvar şəhidləri anılıb

19:32 19-01-2018 | icon 2268
BNA-da 20 Yanvar şəhidləri anılıb

Bakı Nəqliyyat Agentliyində 20 Yanvar faciəsinin 28–ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.YeniAvropa xəbər verir  ki, mərasimdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. 20 yanvar hadisələrdən bəhs edən film nümayiş etdirilib.

Bildirilib ki, 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifə yazdılar.

Vurğulandı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Faciə baş verəndən bir gün sonra isə Ulu öndər həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümumimilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət vermişdir. Faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığı, beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıdığı, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi qeyd edilib.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir.