logo

“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı

19:58 19-02-2019 | icon 3696
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı

Yaxın vaxtlara qədər "AFB Bank" ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan" MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, bankın səhmlərinin alqı-satqı bu il fevralın 7-də baş tutub.

Qeyd edək ki, Hikmət İsmayılov "AFB Bank"la birlikdə , həm də "Gilan Holdinq" MMC-yə daxil olan "Azsığorta" ASC-nin 100%-lik səhmdarı olmaqla yanaşı , bundan əlavə, digər bir bankın- "Bank of Baku" ASC-nin 31,1%-lik səhmdarıdır. 

Xatırladaq ki, “ Gilan Holdinq” MMC  iddialara görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus şirkətdir.