logo

Müxalifətçi 30 sutka müddətinə həbs edildi

19:31 19-02-2019 | icon 2884
Müxalifətçi 30 sutka müddətinə həbs edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Rövşən Quliyev inzibati qaydada 30 gün müddətinə həbs edilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə "Turan"a həbs edilən şəxsin doğmaları məlumat verib.

Məlumata görə, R.Quliyev fevralın 18-də saxlanılıb. Onun evində axtarış aparılıb, kompüteri müsadirə edilib.

Hələlik Quliyevin konkret olaraq nədə ittiham olunduğu məlum deyil.