AYİB Azərbaycanla enerji sektorunda əməkdaşlıqda maraqlıdır
Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, nazir Pərviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşadın başçılıq nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib.
Cənub Qaz Dəhlizini Avropa üçün mühüm enerji layihəsi kimi dəyərləndirən N.Parşad bildirib ki, təmsil etdiyi bank Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə də əməkdaşlıqda maraqlıdır.
Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən layihələrdən danışan P.Şahbazov deyib ki, bu layihələr bərpaolunan enerjidən geniş istifadənin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi layihəsi artıq icra mərhələsindədir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı da Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edilir.
Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoyuluşunu dəstəkləməsi, bərpaolunan enerjidən istifadə sahəsində aparıcı ölkələrlə təcrübə mübadiləsinə dair məsələlər də nəzərdən keçirilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb