logo

"Facebook"a görə “Gəncə Cake House” şirniyyat evi bağlandı

16:55 19-02-2019 | icon 3493
"Facebook"a görə “Gəncə Cake House” şirniyyat evi bağlandı

Bir müddət əvvəl paytaxtın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən “Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılmışdı.

Videoda mağaza qapandıqdan sonra axşam saatlarında qənnadı məhsullarının üzərində siçovulların gəzməsi əks olunurdu.  Məsələ ilə bağlı kütləvi informasiya vasitələrindən daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müəssisəyə baxış keçirib və laborator müayinələr üçün məhsullardan nümunələr götürərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndəriblər.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən  YeniAvropa-ya bildiriblər ki, müəssisəyə keçirilən baxış zamanı orada sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkarlanıb.

Bütün bunları nəzərə alaraq aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.