Paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8 min manat məbləğində pul və 7 min manat dəyərində süni saçların oğurlanması barədə 17-ci polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılarkən metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.