Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Salyan rayon sakini E.Soltanovun Yeni Günəşli qəsəbəsi ərazisində kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 408 qrama yaxın marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Hacıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1,8 kiloqrama yaxın heroin götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.