““Həzi Aslanov” – “Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb”. YeniAvropa xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, qatarda baş verən nasazlığa görə sərnişinlər “28 May” metrostansiyasında boşaldılıb:
“Saat 18:45-də “Nizami” stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də “28 May”- “Gənclik” stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq”, - deyə N. Paşayev bildirib.
Nəsimi Paşayev bildirib ki, qatar xətdən kənarlaşdırılıb və hərəkət bərpa olunub.