logo

“AFB Bank”ın əsas səhmdarıı dəyişir və bank rebrendiq etməyə hazırlaşır

23:59 18-02-2019 | icon 3388
“AFB Bank”ın əsas səhmdarıı dəyişir və bank rebrendiq etməyə hazırlaşır

“AFB Bank”ın əsas səhmdarı olan “Gilan” MMC payını satdığı bildirilir. 

YeniAvropa xəbər verir  ki, bu barədə adınn açıqlanmamasını istəyən ölkənin maliyyə bazarındakı mənbə məlumat verib. Bildirilib ki, səhmdarın dəyişməsi Bankın fəaliyyətinə heç bir təsir göstərməyəcək, əksinə, bazara müasir yeniliklər gətirəcək. 

Bu işlər çərçivəsində “AFB Bank”ın adının dəyişdiriləcəyi(bankın rebrendinq edəcəyi) də gözlənilir. 

Xatırladaq ki, “AFB Bank”ın səhmlərinin 99,64%-i fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı olduğu iddia olunan "Gilan" MMC-yə məxsus idi.