logo

“Sobesendik” qəzetinin yaradıcısı – azərbaycanlı jurnalist vəfat edib

21:17 19-01-2018 | icon 2037
“Sobesendik” qəzetinin yaradıcısı – azərbaycanlı jurnalist vəfat edib

Azərbaycanın tanınmış jurnalisti Oleq Məmmədov uzun sürən xəstəlikdən sonra 69 yaşında Moskvada vəfat edib. YeniAvropa xəbər verir  ki,  o, ötən əsrin 80-ci illərində məşhur sovet nəşri olan "Sobesednik" qəzetinin yaradıcısı və rəhbəridir.

Oleq Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib.

Jurnalistlə vida mərasimi yanvarın 21-də Moskvanın Perepeçinskaya qəbiristanlığında keçiriləcək.