Yanvarda Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 435,9 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, nəqletmənin 81,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və ay ərzində bu kəmər vasitəsilə 2 milyon 813,1 min ton neft nəql edilib. Keçən ay BTC ilə 432,1 min ton tranzit nefti də ötürülüb.