Cari ilin yanvar ayında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, yanvarda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub.
Rusiyadan idxalın dəyəri 120 milyon 644 min ABŞ dolları, Türkiyədən 92 milyon 310 min dollar, Çindən isə 87 milyon 481 min dollar olub.