logo

Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub

20:57 19-01-2018 | icon 2450
Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin surətdə artıb YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə Statistika İdarəsinin illik hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, Azərbaycan vətəndaşları 2017-ci ildə Türkiyədə 942 ev alıblar. Bu da ştən illə müqayisədə 332 ev və ya 54,4% çoxdur.

Ötən il ərzində azərbaycanlılar tərəfindən ən çox ev alışı oktyabr ayında (278 ev) həyata keçirilib. Digər aylarda isə bu göstərici 45-91 arasında dəyişib.

Bununla da, vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. Hesabata əsasən, I yerdə İraq (3 805 ev), II yerdə Səudiyyə Ərəbistanı (3 345 ev), III yerdə Küveyt (1 691 ev), IV yerdə Rusiya (1 331 ev), V yerdə Əfqanıstan (1 078 ev) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra IX yerdə olub.