logo

Enerji sahəsində Azərbaycan- Böyük Britaniya əməkdaşlığı müzakirə olunub

17:15 18-02-2019 | icon 3346
Enerji sahəsində Azərbaycan- Böyük Britaniya əməkdaşlığı müzakirə olunub

Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə edilib.

Energetika Nazirliyindən  YeniAvropa-ya bildirilib ki, nazir Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Böyük Britaniyanın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə dəstəyi, BP-nin iştirakı ilə Cənub Qaz Dəhlizi üzrə əldə edilmiş nailiyyətlər, eləcə də bərpaolunan enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.

P.Şahbazov E.Nikolsonun Məşvərət Şurasının iclaslarında iştirakını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın mühüm tərəfdaşı kimi Böyük Britaniya ilə enerji sektorundan başqa, digər sahələrdə də uzunmüddətli əməkdaşlıq üçün böyük potensial var. Qeyri-neft sektorunda çoxşaxəli əməkdaşlığı təmin edəcək prioritetlər Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının gündəliyinə daxil olunacaq.

Söhbət zamanı regional və qlobal məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.