Cari ilin yanvar ayında Azərbaycandan MDB ölkələrinə 92 milyon 746 min dollarlıq məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, bu göstərici keçən ilin eyni ayı ilə müqayisədə 44 milyon 614 min dollar artıb.
Bu ilin yanvarında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 228 milyon 631 min dollar olub.