Ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62 min 484 nikah və 14 min 857 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5-ə bərabər olub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə paytaxtda (2,1), Kəlbəcər-Laçın (2), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.
Ötən il, həmçinin Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3220 nəfər gələn və ölkədən 1580 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 1640 nəfər təşkil edib.