logo

Azərbaycan-Ukrayna ticarət dövriyyəsi 74 milyon dolları ötüb

15:29 18-02-2019 | icon 3262
Azərbaycan-Ukrayna ticarət dövriyyəsi 74 milyon dolları ötüb

 Yanvarda Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 74 milyon dolları keçib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, ötən ay Azərbaycandan Ukraynaya 36,08 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 38,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikinci yerdədir.