Yanvarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 79,56 faizini, təbii qaz 7,92 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 1,56 faizini təşkil edib.
YeniAvropa xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, ötən ilin eyni ayında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 84,22 faiz, təbii qazın 2,19 faiz, neft məhsullarının payı 1,53 faiz olub.