logo

İri topdansatış müəssisələrində 930 milyon manat dövriyyədən gizlədillib

12:10 18-02-2019 | icon 3255
İri topdansatış müəssisələrində 930 milyon manat dövriyyədən gizlədillib

Ötən il iri topdan satış müəssisələrində aparılan vergi nəzarəti zamanı 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda çıxışı zamanı deyib.

“2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz olaraq qalır. Bu, ilk növbədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdir. Vergi orqanlarının keçən il iri topdan satış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə maketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir”, - deyə nazir vurğulayıb.