Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq.
YeniAvropa xəbər verir ki, bu fikri vergilər naziri Mikayıl Cabbrov fevralın 18-də Bakıda keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forumda çıxışı zamanı səsləndirib.
Nazir qeyd edib ki, ölkəmizdə Vergi Ombudsmanı institutunun yaradılması sahibkarların şikəyətlərinə baxılması, onların hüquqlarının qorunması istiqamətində atılmış mühüm addımdır: “Bu, həm də vergi sistemində şəffaflığın artmasına və vergiödəyiciləri ilə vergi işçiləri arasında qarşılıqlı etimadın yüksəlməsinə təkan verəcək”.