Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.
Ən çox yağıntı isə Xızının Altıağac qəsəbəsinə düşüb. Hazırda Xızının Altıağac qəsəbəsində 8 santimetr qalınlıqda qar var. Quba rayon mərkəzində isə qarın qalınlığı 3 santimetrə çatır.