Paytaxtın Nərimanov rayon sakinindən odlu silah aşkarlanaraq götürülüb.
YeniAvropa xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumatda qeyd edilib ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Sadıqov saxlanılıb.
Ondan “Browing” markalı tapança, bir patron darağı və üç patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.