logo

Üç ildir axtarılan dələduz tutularaq istintaqa cəlb edilib

13:10 16-02-2019 | icon 2779
Üç ildir axtarılan dələduz tutularaq istintaqa cəlb edilib

Paytaxtın bir neçə rayonu ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən və üç ildir axtarışda olan şəxs Səbail rayon 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Şəki şəhər sakini, 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan 56 yaşlı Azər Zəkərəliyev 9-cu polis bölməsinin və Baş İnformasiya Kommunikasiya İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaxalanıb.

A.Zəkərəliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.