logo

Şamaxıda yenə vulkan püskürdü

22:55 15-02-2019 | icon 2856
Şamaxıda yenə vulkan püskürdü

Şamaxı şəhərinin yaxınlığında vulkan püskürüb. YeniAvropa xəbər verir  ki, hadisə axşam saatlarında şəhərin Kiçik Xınıslı yaşayış massivində baş verib.

Vulkan püskürməsi iki nöqtədə olub. Yarım saat davam edən proses nəticəsində əkin sahəsi palçıq qatı altında qalıb.

Hadisə şahidlərinin sözlərinə görə, vulkanın püskürdüyü palçıq 4-5 metr hündürlüyə qalxaraq ətrafa yayılıb.

Qeyd edək ki, özügedən ərazidə ilk dəfədir vulkan püskürür. Bu, həm ölçü, həm miqyas baxımından kiçik vulkan hesab olunur.

Xatırladır ki, bu, son günlər baş rayonda verən növbəti təbii hadisədir. Belə ki, fevralın 13-də də Şamaxıda vulkan püskürmüşdü. Həmin təbii hadisə rayonun dağlıq Quşçu kəndində qeydə alınmışdı