Ü.Mehdiyevin sözlərinə görə, həmin mərkəzlər Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə açılacaq.
“Beləliklə, mərkəzlərin sayı 20-yə çatacaq və ölkənin böyük hissəsini əhatə edəcək. Hazırda həmin rayonlarda tikinti işləri davam edir. Mərkəzlərin bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir”, -deyə o, bildirib.
Ü.Mehdiyev əlavə edib ki, "ASAN Xidmət"ə alternativ xidmətlər ləğv olunub və bu da onu ifadə edir ki, dövlət orqanları öz xidmətlərini "ASAN Xidmət" vasitəsilə göstərəcəklər.
” Vətəndaşlara təqdim etdiyimiz xidmətlərin əhatə dairəsi kifayət qədər genişdir. Gələcəkdə tələbat yaranarsa, biz digər, yeni növ xidmətlər də göstərməyə hazır olacağıq”,-deyə Ü.Mehdiyev vurğulayıb