logo

İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb

21:10 15-02-2019 | icon 3542
İsmayıllı sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb

İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı qoşalüləli ov tüfəngi götürülüb.

YeniAvropa xəbər verir  ki, bu barədə daxili İşlər Nazirliyi Mətbuat xidməti məlumat yayıb. Xəbərdə daha sonra bildirilib ki, Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən qanunsuz saxladığı “TOZ” markalı təklülə tüfəng aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.